İraqın şimalında terrorla mübarizə davam etdirilir

İraqın şimalında terrorla mübarizə davam etdirilir

İraqın şimalından Türkiyəyə qarşı bir çox hücumda iştirak edən PKK terrorçusu Zəfər Akgün Türkiyə Silahlı Qüvvələrinin təşkil etdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Milli Müdafiə Nazirliyindəki mənbələrdən əldə edilən məlumata görə, iyunun sonunda İraqın şimalında hərəkətdə olan bir qrup terrorçu aşkar edilib.

Bölgəyə göndərilən TİHA (İnsansız hücum hava aparatı) ilə həyata keçirilən əməliyyatda terror qruplaşması zərərsizləşdirilib.

Zərərsizləşdirilən terrorçular arasında İraqın şimalından Türkiye Silahlı Qüvvələrinə qarşı bir çox hücumda iştirak edən "Zana Govend" kod adlı terrorçu Zəfər Akgünün də olduğu müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə