Tbilisidə etiraz aksiyası keçirilir

Tbilisidə etiraz aksiyası keçirilir

Gürcüstanın paytaxtında etiraz aksiyası keçirilir. SİA yerli mediaya istinadən xəbər verir ki, aksiya LGBT festivalına qarşı təşkil olunub. Milli dəyərləri müdafiə edənlərin yürüşünə yüzlərlə insan qatılıb. Onlar Tbilisinin mərkəzində, Vaja Pşavelanın abidəsi önünə toplaşıb.

Aksiyaçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaranıb. Polis etirazçılardan bir neçə nəfəri saxlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə