"Vacib olan birlikdə aclıq və sosial xaosun qarşısını almaqdır” - ZELENSKİ

"Vacib olan birlikdə aclıq və sosial xaosun qarşısını almaqdır” - ZELENSKİ

Türkiyə Ukraynanın təklif etdiyi “Sülh layihəsində” liderlik etməyə hazırdır. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, türkiyəli həmkarı ilə Rusiyanın Ukraynanın şərqində işğal etdiyi ərazilər və Krımdakı məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Zelenski həmçinin, Türkiyə tərəfinə Ukrayna taxılının dəhliz vasitəsi ilə ehtiyacı olan ölkələrə göndərilməsində dəstəyinə görə təşəkkür edib.

“Lakin Rusiya gəmilərin hərəkətinə maneə olur. Rusiya Qara dənizdə özünü yeganə sahib hesab edir. Bizim Türkiyə ilə əməkdaşlığımız bir çox sahələrdə həyata keçirilir. Vacib olan birlikdə aclıq və sosial xaosun qarşısını almaqdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə