Amerikalıların Rusiyada izlənməsi barədə Putinə hesabat verilir?

Amerikalıların Rusiyada izlənməsi barədə Putinə hesabat verilir?

...O vaxt “The Wall Street Journal” qəzetinin əməkdaşı Evan Qerşkoviçin həbsində iştirak edən Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Əks-kəşfiyyat əməliyyatları departamenti əcnəbilərin izlənilməsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinə şəxsən hesabat verir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Wall Street Journal” yazır.

Nəşrin məlumatına görə, Əks-kəşfiyyat əməliyyatları departamenti amerikalı diplomatları izləyir.

Nəşrin yazdığına görə, Putin Qərb mediası jurnalistlərinin izlənilməsi barədə şəxsən məlumatlanmağı xoşlayır. Gerşkoviç həbs olunan zaman Rusiya prezidenti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətindən brifinqlər alıb. “The Wall Street Journal”nın jurnalistindən başqa, Əks-kəşfiyyat əməliyyatları departamenti amerikalıların və keçmiş dəniz piyadaları Pol Uilan və Trevor Ridin də həbsində iştirak edib.

Nəşrin məlumatına görə, Rusiyaya gedən amerikalı diplomatlar “Moskva qaydaları” adlı xüsusi təlim keçirlər. Onlar Əks-kəşfiyyat əməliyyatları departamentindən qaçmaq üçün hazırlanırlar. “The Wall Street Journal”ın həmsöhbətləri vacib qaydalardan birinin "təsadüflər yoxdur" kimi səsləndiyini iddia edirlər.

Yeri gəlmişkən “The Wall Street Journal”ın əməkdaşı Evan Qerşkoviç martın 29-da Yekaterinburqda saxlanılıb, ertəsi gün Moskva məhkəməsi onu Lefortovo istintaq təcridxanasına göndərib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti jurnalisti Rusiya tərəfindən "nahaq yerə həbs edilmiş" kimi tanıyıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə