Rusiya büdcəsinin neft və qaz gəlirləri 47 faiz azalıb

Deyirəm, nə oldu, bu Rusiya neft və qazına qiymət tavanı tətbiq ediləndən sonra oldu
Rusiya büdcəsinin neft və qaz gəlirləri 47 faiz azalıb

Yanvar-iyun aylarında Rusiya büdcəsinin neft və qaz gəlirləri 47 faiz azalaraq 3,38 trilyon rubl təşkil edib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ölkənin Maliyyə Nazirliyi bildirib.

2023-cü ilin birinci yarısında büdcənin ümumi gəlirləri 12,38 trilyon rubl təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz azdır. Büdcə xərcləri ötən illə müqayisədə 19 faiz artaraq 14,9 trilyon rubla çatıb.

İlin birinci yarısında büdcə kəsiri 2,59 trilyon rubla çatıb. Son bir ayda o, 816 milyard rubl azalıb. Bunlardan 500 milyard rubldan çoxu Milli Rifah Fondundan ayrılıb.

Maliyyə Nazirliyinin məlumatına görə, neft və qaz gəlirlərinin azalması “Urals” neftinin qiymətinin və qaz ixracının azalması, eləcə də 2022-ci ildə neft və qaz gəlirlərinin səviyyəsinin artması ilə əlaqədardır.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi bundan əvvəl 2023-cü ildə neft və qaz ixracının real ifadədə 6,7 faiz azalacağını proqnozlaşdırmışdı.

Deyirəm, nə oldu, bu Rusiya neft və qazına qiymət tavanı tətbiq ediləndən sonra oldu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə