Polis əməkdaşları Moskvada Rublevski şossesində avtobus dayanacağında vəkil Yelena Ponomarevaya hücum edən iki nəfəri saxlayıb.
SİA xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, hücum edənlər qadının üstünə yaşıl boya atıblar.
Qeyd edək ki, sonradan şübhəlilər - 1984 və 1998-ci il təvəllüdlü kişilər Sankt-Peterburqda saxlanılıblar.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, insident cümə axşamı Rublevski şosesində avtobus dayanacağında baş verib.
Belə ki, naməlum kişi yaxınlıqda olan 46 yaşlı qadının və onun rəfiqəsinin üzərinə yaşıl boya töküb. Bundan sonra o, yaxınlıqda onu gözləyən başqa naməlum şəxslə hadisə yerindən qaçıb.
Zərərçəkən Yelena Ponomareva gözündən yanıq xəsarətləri alıb.
Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Yeri gəlmişkən, rusiyalı vəkil hadisəni peşə fəaliyyəti ilə əlaqələndirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB