Mətbəxdə masa arxasında oturmuş kişi skeleti tapılıb

Mətbəxdə masa arxasında oturmuş kişi skeleti tapılıb

Moskvanın şimalında çoxmərtəbəli yaşayış binasının sakinləri mənzillərin birində stolun arxasında oturmuş skelet tapıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə Astradamskaya küçəsində baş verib.

...Ev sakinləri qonşu mənzildən gələn pis qoxudan hüquq-mühafizə orqanlarına şikayət ediblər. Hadisə yerinə gələn polis, yarılmadan sonra mənzil sahibinin skeletə çevrilmiş meyitini tapıb. O, mətbəxdə stulda oturmuş vəziyyətdə olub.

Bəzi mənbələrə görə, o, 1945-ci il təvəllüdlüdür. İlkin məlumatlara görə, kişi təxminən bir il əvvəl dünyasını dəyişib. Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, mənzildə nizam-intizam pozulmayıb. Çoxlu sayda radio komponentləri və lehimləmə avadanlığının müşahidə edilməsi mərhumun sağlığında radiotexnika ilə məşğul olduğuna dəlalət edir.

1927-ci il təvəllüdlü ölən kişinin başqa bir hobbisi gəmi və təyyarə modellərinə olan həvəsinin müşahidə edilməsidir.

Qonşuların dediyinə görə, kişi sağlığında sakit həyat tərzi keçirib və hamı ilə mehriban olub.

Polis mənzilə baxış zamanı stolun üstündə 2020-ci il tarixli “Moskovski komsomolets” qəzetini, soyuducuda isə həmin ilin ərzaq bağlamalarını aşkar edib.

...Deməli, bir il əvvəl ölməmişmiş?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə