Zaporojye vilayətində ruslar döyüşməkdən imtina edirlər?

Zaporojye vilayətində ruslar döyüşməkdən imtina edirlər?

Bu dəfə Ukrayna saytları, rus ordusunda baş alıb gedən fərarilikdən yazır.

Məsələn,”UNİAN”ın yazdığına görə, guya onlarla rus əsgəri Zaporojye vilayətində döyüşməkdən imtina ediblər,

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı axşam hesabatında bildirib.

“...Ukrayna Müdafiə Qüvvələrinin uğurlu hərbi əməliyyatları fonunda və düşmənin canlı qüvvədə xeyli itki verməsi ilə əlaqədar Rusiya işğalçı qüvvələrinin bölmələrində döyüş əməliyyatlarında iştirakdan imtinaların sayı artıb”.

Qeyd olunur ki, Zaporojye rayonunun Rozovka kəndi ərazisində 20-yə yaxın rus döyüşçü cəbhədə döyüş tapşırıqlarını yerinə yetirməkdən imtina etdikləri üçün bunun əvəzini ödəyiblər.

Belə ki, bundan sonra onlar nəzarətə götürülərək Rozovski Rayon Məhkəməsinin binasına aparılıblar.

Bunu Baş Qərargahdan bildiriblər.

Yeri gəlmişkən, rusların şəxsi heyəti arasında fərarilik halları nadir hadisə kimi qəbul eilməməlidir. Məsələn, keçən il Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Aleksey Qromov Luqansk vilayətində hər gün 50-yə qədər rusiyalı fərarinin tutulduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə