Bəzi ölkələr Rusiyaya çətinlik yaratmağa çalışırlar, amma bacarmırlar və bacarmayacaqlar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə operativ görüş zamanı bildirib.
Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə bugünkü görüşdə Vladimir Putin Rusiyanın Qərb dövlətlərinin yaratdığı mümkün çətinliklərin öhdəsindən gələcəyinə əminliyini ifadə edərək, onların aradan qaldırılması üçün tədbirləri müzakirə etməyi təklif edib.
...İndiyədək onlar Rusiya istiqamətində qarşıya qoyduğu məqsədlərə nail olmaq baxımından dəyərli heç nəyə nail ola bilməyiblər. Əminəm ki, bundan sonra da heç nə alınmayacaq.
Rusiya lideri deyib bunu.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin ŞƏT sammitində çıxışı zamanı Rusiyaya qarşı hibrid müharibənin aparıldığını bildirsə də, buna baxmayaraq, ölkə sanksiyalara və kənar təzyiqlərə inamla müqavimət göstərdiyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB