Ruslar üçün qaz tariflərinin artırılması təklif edilib

Ruslar üçün qaz tariflərinin artırılması təklif edilib

Bu arada Federal Antiinhisar Xidməti bütün istehlakçılar, o cümlədən ev təsərrüfatları və sənaye üçün qaz tariflərini 8 faiz artırmağı təklif edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İnterfaks” xəbər verir.

Qeyd edək ki, agentliyin iddiasına görə, makroproqnozun 2022-ci ilin sentyabr versiyası daha təvazökar bir artım nəzərdə tuturdu: 7 faiz.

Amma 2023-cü ilin aprel ayında İqtisadi İnkişaf Nazirliyi yenilənmiş makroproqnozun təqdim etsə də, lakin burada qazın qiymətinin indeksasiyasının mümkün ölçüsü dərc olunmuş materiallarda göstərilmədi.

Federal Antiinhisar Xidmətinin mətbuat xidmətindən agentliyə bildiriblər ki, yeni topdansatış qaz qiymətləri 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək. Xidmətdən verilən məlumata görə, əldə olunan vəsait rayonların sosial qazlaşdırılmasına və istehlakçılar üçün yeni qaz xətlərinin çəkilməsinə yönəldiləcək.

Rusiyanın Energetika Nazirliyi, tariflərin indeksləşdirilməsi şirkətlərin investisiya proqramlarının həyata keçirilməsi yolu ilə son istehlakçının qazla etibarlı təchizatını təmin etməyə imkan verəcəyini bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə