“Human Rights House Foundation” Rusiyada “arzuolunmaz” oldu

“Human Rights House Foundation” Rusiyada “arzuolunmaz” oldu

Bu arada Rusiya Baş Prokurorluğu beynəlxalq insan haqları təşkilatı “Human Rights House Foundation” və onun üzvü olan QHT-ləri “arzuolunmaz” elan edib.

SİA rus mənbələrinə istinadən xəbər verir ki, Baş Prokurorluğun məlumatına görə, “Human Rights House Foundation”un fəaliyyəti dövlətin ərazi bütövlüyünün, ictimai-siyasi sabitliyin pozulmasına, ölkə rəhbərliyinin həyata keçirdiyi daxili və xarici siyasətin nüfuzdan salınmasına, hakimiyyətin konstitusiyaya zidd şəkildə dəyişdirilməsinin zəruriliyi haqqında ictimai rəyin formalaşmasına hesablanıb.

Qeyd edək ki, mənzil-qərargahı Norveçdə yerləşən “Human Rights House Foundation” qeyri-hökumət təşkilatıdır. O, Şərqi Avropa, Balkan regionu və Qafqazda İnsan Hüquqları Evləri və digər insan haqları qrupları şəbəkəsini birləşdirir.

Bu gün Ukrayna, Gürcüstan, Ermənistanda “İnsan Hüquqları Evləri”, Litvada isə “Boris Zvozskov adına Belarus İnsan Hüquqları Evi” fəaliyyət göstərir ki, onların da əsas vəzifəsi Belarusda insan hüquqlarının qorunmasıdır.

Rusların iddiasına görə, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri “Human Rights House Foundation” Rusiya Federasiyası və onun Silahlı Qüvvələrini gözdən salırlar. QHT-lərin təxribat xarakterli informasiya gündəmi Rusiyanın beynəlxalq arenada siyasi və iqtisadi təcridinə yönəlib.

Qeyd edək ki, bu Rusiya Federasiyası Baş Prokurorluğunun bəyanatında deyilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə