“Müharibə başlayandan bəri Ukraynada 9 mindən çox dinc sakin həlak olub”
...Müharibə başlayandan iyunun 30-dək 9177 ukraynalı mülki şəxs həlak olub. SİA-nın əldə etdiyi məlumata görə, bu statistikanı BMT-nin İnsan Haqları Monitorinq Missiyası təqdim edir. Statistikaya görə, bu ərəfədə 15993 nəfər xəsarət alıb ki, onların da 1095 uşaqlardır.
Təbii ki, əslində bu real statistika olmaya bilər. Qeyd edək ki, bunu BMT də etiraf edir. Məsələ bundadır ki, ölən və yaralıların faktiki sayı daha çox ola bilər
Çünki Rusiya işğal etdiyi əraziləri məlumat üçün qapalı saxlayır. Məsələn, BMT-nin hesabatında Mariupol, Lisiçansk, Popasna və Severodonetskdə ölən və yaralananlarla bağlı statistik məlumatlar yer almayıb.
Müharibə zamanı həlak olan və yaralanan mülki şəxslərin əksəriyyəti Donetsk, Xarkov, Kiyev, Xerson və Luqansk vilayətlərində qeydə alınıb.
Ölən və yaralananların təxminən 90 faizi raket hücumları və bombardmanların qurbanı olub. Ölüm və yaralanma səbəbləri arasında ikinci yerdə güllə yaraları, o cümlədən məqsədyönlü edamlar dayanır. Üçüncüsü isə minalardan xəsarətlərdir.
BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasının sədr müavini Noel Kalxun müharibənin başlanmasının 500-cü günü ərəfəsində “...bu gün biz Ukraynada dəhşətli mülki əhalinin tələfatına səbəb olan müharibədə daha bir kədərli mərhələni qeyd edirik”-deyə bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB