NATO sammitində Ukraynanı alyansa yaxınlaşdırmaq planı razılaşdırılacaq
Gələn həftə Vilnüsdə keçiriləcək sammit üçün bir araya gələcək NATO liderləri Ukraynanı alyansa yaxınlaşdırmaq üçün üç bənddən ibarət mexanizm haqqında razılığa gələcəklər. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
“Mən gözləyirəm ki, müttəfiq liderlər Ukraynanı NATO-ya yaxınlaşdırmaq üçün üç elementdən ibarət paketlə razılaşacaqlar. Birincisi, Ukrayna silahlı qüvvələri ilə NATO arasında tam qarşılıqlı fəaliyyətin təmin edilməsi üçün biz çoxillik yardım proqramını razılaşdıracağıq. İkincisi, NATO-Ukrayna Şurası yaratmaqla siyasi əlaqələrimizi yüksəldəcəyik. Üçüncüsü, mən müttəfiq liderlərdən gözləyirəm ki, Ukraynanın NATO-ya üzv olacağını bir daha təsdiq edəcəklər”, - baş katib çıxışında bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB