NATO Vilnüsdə keçiriləcək sammitdə üç regional müdafiə planı qəbul edəcək. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə bugünkü mətbuat konfransında bildirib.
"Zirvə toplantısında çəkindirmə və müdafiəmizi gücləndirmək üçün daha böyük addımlar atacağıq. Üç yeni regional müdafiə planı ilə Alyansımız üçün iki əsas təhdid - Rusiya və terrorizmlə mübarizə aparacağıq", - Stoltenberq qeyd edib.
Onun sözlərinə görə, şimal - Atlantik və Avropa Arktikası üçün bir plan; Baltik regionunu və Mərkəzi Avropanı əhatə edən mərkəz üçün bir plan; Aralıq dənizi və Qara dəniz üçün cənub planı olacaq.
Müəllif: Aysel Naibli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB