Bölgədə gərginliyin artdığı bir vaxtda işğal altındakı İordan çayının qərb sahilində iki fələstinli döyüşçü İsrail hərbçiləri tərəfindən vurularaq öldürülüb. SİA BBC-yə istinadən xəbər verir ki, cümə günü səhər yerli sakinlər İsrail əsgərlərinin Nablusda bir evi mühasirəyə alması zamanı güclü atışma səslərinin eşidildiyini bildiriblər.
Öldürülənlərin yerli 34 yaşlı Xeyri Şahin və 32 yaşlı Hamze Maqbul olduğu bildirilir. İsrail tərəfi bildirib ki, onlar saxlanılmadan əvvəl qüvvələrinə atəş açan silahlı şəxslərdir. Basqın gənc fələstinlilərlə şiddətli qarşıdurmalara səbəb olub.
Fələstinin HƏMAS silahlı qruplaşması bu adamları “müqavimət qəhrəmanları” adlandırıb və İsraili terrorda ittiham edib. Bu, son bir ildə işğal olunmuş İordan çayının qərb sahilində həyata keçirilən intensiv hərbi reydlərin sonuncusudur. Hadisə bu həftə İsrailin Cenindəki qaçqın düşərgəsinə kütləvi hərbi hücumu zamanı sürətlə artan zorakılıq fonunda baş verib.
Üç gün davam edən hücum zamanı azı 12 fələstinli və bir İsrail əsgəri həlak olub. Bu, İsrail silahlı pilotsuz təyyarələrinin düşərgəyə hücumlarını və fələstinli yaraqlılarla silahlı döyüşləri əhatə edirdi.
Bu il fələstinlilər tərəfindən israilliləri hədəf alan silahlı hücumların sayı artıb və İsrail Ceninin terrorizm üçün “sığınacaq" olmasını dayandırmaq üçün hərbi əməliyyatları davam etdirəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB