Putin Rusiya-Afrika sammitində iştirak edəcək

Putin Rusiya-Afrika sammitində iştirak edəcək

Rusiya prezidenti Vladimir Putin bu ayın sonunda Sankt-Peterburqda keçiriləcək Rusiya-Afrika forumunda və sammitində iştirak edəcək. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib. Ona bu barədə sual verdikdə “Bəli, əlbəttə ki", deyib və hazırda foruma fəal hazırlıq işlərinin getdiyini bildirib.

Qeyd edək ki, ikinci Rusiya-Afrika Sammiti və İqtisadi Forumu iyulun 27-28-də Sankt-Peterburqda keçiriləcək. İlk belə tədbir 2019-cu il oktyabrın 22-24-də Soçidə “Sülh, təhlükəsizlik və inkişaf naminə” şüarı altında keçirilib.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə