Ukrayna CPTPP ticarət paktına qoşulmaq istəyir

Ukrayna CPTPP ticarət paktına qoşulmaq istəyir

Ukrayna Trans-Sakit Okean Tərəfdaşlığı üzrə Hərtərəfli və Mütərəqqi Sazişə (CPTPP) qoşulmaq üçün Yeni Zelandiyaya rəsmi müraciət təqdim edib. SİA Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya və Yeni Zelandiya səlahiyyətliləri bildiriblər. Yeni Zelandiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, tərəfdaşlıq üçün hüquqi depozitar funksiyalarını yerinə yetirən Yeni Zelandiya mayın 5-də Ukraynadan rəsmi üzvlük müraciəti alıb.

Sözçünün məlumatına görə, müraciət prosesində növbəti addımlar iyulun 16-da Yeni Zelandiyanın Oklend şəhərində CPTPP-nin bütün üzvləri tərəfindən müəyyən ediləcək.

CPTPP-yə Avstraliya, Bruney, Kanada, Çili, Yaponiya, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, Sinqapur və Vyetnam daxildir, Britaniya isə 12-ci üzv dövlətdir. Çin, Tayvan, Ekvador, Kosta Rika və Uruqvayın da qoşulmaq üçün gözlənilən sorğuları var.

Yaponiyanın iqtisadiyyat naziri Şigeyuki Qoto müntəzəm mətbuat konfransında bildirib ki, Yaponiya CPTPP üzvü kimi bazara çıxış və qaydalar baxımından Ukraynanın müqavilənin yüksək səviyyəsinə tam cavab verib-vermədiyini diqqətlə qiymətləndirməlidir.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə