Pakistanda dünəndən bəri davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 17-yə yüksəlib.
SİA Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Pakistan mətbuatda yer alıb.
Pəncab ştatında yağan güclü yağışlar həyata mənfi təsir edib. Musson yağışlarının təsirli olduğu Lahorda bir evin damının uçması nəticəsində 4 nəfər həyatını itirib, 14 nəfər isə yaralanıb.
Lahorda güclü yağışların səbəb olduğu qəzalarda 3 nəfər həyatını itirib. Səlahiyyətlilər ictimaiyyətə Chelum və Chenbad çaylarının daşması ilə bağlı xəbərdarlıq ediblər.
Ölkədə dünəndən bəri yağan musson yağışlarında ölənlərin sayı 17-yə yüksəlib.
Dünən Pəncab və Xeyber-Paxtunxva əyalətində musson yağışları nəticəsində 10 nəfər həlak olub.
Hər il iyun-sentyabr aylarında baş verən musson yağışları Pakistana böyük ziyan vurur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB