Türkiyədə sərnişin avtobusu və yük maşını toqquşub - 18 nəfər yaralanıb

Türkiyədə sərnişin avtobusu və yük maşını toqquşub - 18 nəfər yaralanıb

Türkiyədə sərnişin avtobusu və yük maşını toqquşub. Bu barədə SİA-ya “Habertürk”ə istinadən xəbər verir.

Məlumata görə, hadisə Anadolu magistralında qeyd alınıb. Hadisə nəticəsində 18 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Hadisə yerinə təcili yardım, xilasetmə və polis əməkdaşları cəlb edilib.

Yaralıların 15-i müxtəlif xəstəxanalara aparılıb.

Qəza ilə əlaqədar yolda tıxac yaranıb. Hadisənin başvermə səbəbi açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə