“Titanik” gəmisinin qəzaya uğradığı yerə səfəri zamanı partlayan və 5 nəfərin ölümünə səbəb olan “Titan” sualtı qayığının sahibi “OceanGate” şirkəti bütün fəaliyyətini dayandırdığını açıqlayıb. SİA xəbər verir ki, bu haqda “OceanGate”in rəsmi saytında açıqlama verilib.
Qeyd edək ki, iyunun 18-də Atlantik okeanında “Titanik” gəmisinin qalıqlarına turistik səfər təşkil edən “OceanGate” şirkətinə məxsus “Titan” sualtı qayığı partlayaraq batıb və göyərtədəki 5 nəfər ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB