Ankarada zəlzələ olub

Türkiyənin paytaxtı Ankarada zəlzələ olub. SİA xəbər verir ki, bu barədə AFAD-ın tviter səhifəsində məlumat yayılıb.

Bildirilib ki, şəhərin Kalecik rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.6 ballıq maqnituda ilə qiymətləndirilib.

Saat 21:42-də qeydə alınan zəlzələnin ocağı yerin 7.42 kilometr dərinliyində yerləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə