Ruslar mülki əhalidən canlı qalxan kimi istifadə etmək istəyirlər

Ruslar mülki əhalidən canlı qalxan kimi istifadə etmək istəyirlər

Zaporojye vilayətində 800-dən çox rus hərbçisi yerli sakinlərin yaşayış binalarının yanında məskunlaşıb.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində məlumat verilib.

Qeyd olunur ki, ruslar həmişə olduğu kimi, bu dəfə də beynəlxalq humanitar hüquq normalarını kinli şəkildə pozmaqda davam edirlər. Belə ki, onlar mülki əhalidən canlı qalxan kimi istifadə etmək üçün müvəqqəti işğal olunmuş yaşayış məntəqələrinin uşaq müəssisələrindən öz qoşunlarını yerləşdirmək üçün istifadə edirlər.

Ukrayna saytlarının yazdığına görə, hazırda Zaporojye vilayətinin Berdyansk rayonunun Novopetrivka qəsəbəsindəki “Vesna” uşaq sanatoriyasının ərazisində 800-dən çox rus hərbçisi yerləşdirilib.

Bundan əlavə, onlar Xerson vilayətinin Çumakovka kəndindəki “İva” istirahət mərkəzini də hərbi komendaturaya çeviriblər.

Ukrayna tərəfinin iddiasına görə, ruslar işğal olunmuş ərazilrədə qalan yerli vətənpərvər vətəndaşları dindirir və onlara işgəncə verirlər.

Yenə də Ukrayna tərəfinin yazdığına görə, ruslar Zaporojye vilayətindəki uşaq bağçasının ərazisində öz səhra xəstəxanasını yaradıblar.

...Luqansk vilayətinin Novopskov kəndindəki doğum evindən bütün mebelləri hərbi maşınlara yükləyib naməlum istiqamətə aparıblar. Doğum evindən isə hospital kimi istifadə edirlər.

...Xerson vilayətinin Bolşie Kopani kəndindəki məktəbin idman zalında Rusiya Federal Təhlükəsizlik Xidmətinin bölmələri dindirmə aparırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə