SEPAH beynəlxalq ticarət gəmisini ələ keçirib

SEPAH beynəlxalq ticarət gəmisini ələ keçirib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH ) körfəzdə beynəlxalq ticarət gəmisini zorla ələ keçirib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının sözçüsü Tim Havkins bildirib.

“Gəminin qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olduğu ehtimalı var”,- sözçü qeyd edib.

O ABŞ HDQ-nin vəziyyəti izlədiyini və əlavə cavab verməmək qərarına gəldiyini bildirib.

Xatırladaq ki, ABŞ HDQ dünən bəyanat yayaraq İranın Körfəzdə iki neft tankerini ələ keçirməyə cəhd etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə