Avstriyanın maliyyə konqlomeratı “Raiffeisen Bank International” Rusiyanın Ukrayna ilə müharibəsinin tezliklə bitəcəyi ümidi ilə Rusiya bazarından çıxışını təxirə salır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Reuters” mənbələrə istinadən yayıb.
Agentliyin məlumatına görə, bankın qərarı Avstriyanın hakimiyyət orqanları tərəfindən dəstəklənir. İndi onlar ABŞ və Avropada maliyyə qrupunu daha fəal şəkildə qoruyurlar. Maraqlıdır ki, Avstriya yaranmış vəziyyətdə Ukraynanı dəstəkləyən Vyana, Moskva ilə də münasibətlərin tamamilə kəsilməsini istəmir.
Qeyd edək ki, konqlomeratı “Raiffeisen Bank International”ın 2023-cü ilin payızına qədər Rusiya biznesini qrupdan çıxarmaq istəməsi faktı mart ayında məlum olub. Mənbələr bildirirlər ki, Avstriya qrupu hələ öz planını Avropa mərkəzi bankına təqdim etməyib. Bu, da “Raiffeisen Bank”ın yaxın aylarda Rusiyadan çıxmasını çətinləşdirir.
Bundan əlavə, “Raiffeisen Bank International” Rusiya Mərkəzi Bankının və Maliyyə Nazirliyinin, satış halında isə Rusiya Prezidentinin təsdiqinə ehtiyac duyacaq.
“Reuters” agentliyinin məlumatına görə, Rusiya hakimiyyəti banka hələ də SWIFT sistemi vasitəsilə beynəlxalq ödənişlərə icazə verdiyi üçün onun bazarda qalması lazım olduğunu açıqlayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB