“An-2” məcburi eniş edib

Rusiyanın Kirov vilayətində məcburi eniş edən “An-2”-nin pilotu və sərnişinləri sağdır.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsinin məlumatında deyilir.

Beləliklə, verilən məlumata görə, “An-2” yüngül təyyarəsi bu gün saat 17:00 radələrində Kirov vilayətinin Çuvaş kəndi yaxınlığında məcburi eniş etməli olub.

Eniş nəticəsində təyyarəyə xeyli texniki ziyan dəysə də, lakin sərnişinlər və pilotlar sağ qalıblar.

Hazırda İstintaq Komitəsinin müstəntiqlərinin hadisə yerinə yola düşdükləri deyilir. Hadisənin bütün şəraiti müəyyənləşdirilir.

Verilən məlumata görə, yoxlamanın nəticələrinə əsasən prosessual qərar qəbul ediləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə