Almaniya rusların təkcə şəxsi avtomobillərini müsadirə etmir, həm də...

Almaniya rusların təkcə şəxsi avtomobillərini müsadirə etmir, həm də...

Rusiyadan şəxsi avtomobillə Almaniyaya giriş yerli gömrük tərəfindən avtomobilin həbsi üçün əsas hesab edilir. SİA-nın dünən də yazdığı kimi, belə bir məlumat Almaniya gömrük administrasiyasında verilib.

Rusiya vətəndaşı Almaniyaya şəxsi nəqliyyatı ilə daxil olarsa, gömrük onun avtomobilinə həbs qoya bilər.

Rusların avtomobillərinin həbsi ilə bağlı bir neçə şikayətindən sonra RBC-nin rus nəşri Almaniya Gömrük Baş İdarəsinə bu barədə sorğu göndərib.

Beləliklə, Almaniya Gömrük Baş İdarəsinin Mərkəzi İnformasiya İdarəsinin nümayəndəsindən alınan cavabda aşağıdakılar deyilir: “Rusiyadan Avropa İttifaqına minik avtomobillərinin idxalı qadağandır. Burada əsas kimi Rusiyaya qarşı embarqonu müəyyən edən 833/2014 saylı Əsasnamənin 3i. göstərilir. Bu kontekstdə “idxal” ifadəsi əslində hər hansı mal və ya yük daşınmasını əhatə edir. Embarqoda qeyd etdiyiniz hallar üçün qadağaya istisnalar nəzərdə tutulmur”.

RBC-nin izah etdiyi kimi, 3i-ci maddə Rusiya mənşəli olması və ya Rusiyadan ixracı halında, XXI Əlavədə sadalanan “Rusiya üçün əhəmiyyətli gəlir gətirən malların birbaşa və ya dolayı yolla əldə edilməsi, idxalı və ya ötürülməsi” qadağasına istinad edir.

Maraqlıdır ki, alman gömrükçülərinin istinad etdiyi XXI siyahıda Rusiya nömrəli avtomobillərdən başqa, Rusiya vətəndaşlarının ayaqqabıları, noutbukları, mobil telefonları və digər şəxsi əmlakları da var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə