Kemerovalı məhbuslar “Vaqner”in siyahısında deyillər

Kemerovalı məhbuslar “Vaqner”in siyahısında deyillər

Bu arada Kemerovo vilayətindəki 41 saylı islah koloniyasına “rejim yaratmaq” adı altında bir qrup xüsusi əməkdaş göndərilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yuxarıdan göndərilən həmə qrup, iyulun 5-dən başlayaraq məhbuslara işgəncə verməyə start veriblər.

Beləliklə, rus mənbələrindən sızan məlumata görə, iyulun 5-də Federal Penitensiar Xidmətin Kemerovo vilayəti üzrə departamentinin Uvarov və İlyuşkin adlı əməkdaşlarının rəhbərlik etdiyi qrup ŞİZO-da saxlanılan məhbuslara saatlarla işgəncə veriblər.

Səbəb?

Məhbuslara qarşı edilən alçaldıcı hərəkətlərə qarşı onların etirazı.

Yenə də...sızan xəbərlərə görə, verilən işgəncələrə dözməyən məhbuslardan bəziləri hətta özlərinə qəsd ediblər. Lakin onların arasında ağır yaralıların olmasına baxmayaraq, onları heç kim ŞİZO-dan tibb bölməsinə aparmır.

Məhkumların yaxınlarının verdiyi məlumata görə, tibb işçiləri məhkumları “yerindəcə müayinə edir” və səhhətindən heç kimin şikayəti olmadığı barədə “cavablar” verirlər.

Yeri gəlmişkən 2023-cü ilin fevralında “Rus oturuşu”nun (“Руси сидящей”) rəhbəri Olqa Romanova, Rusiya Federasiyası Müdafiə Nazirliyi Kuzbassdakı IK-41-dən 56 məhbusu zorla Ukraynaya qarşı müharibəyə apardığını bildirmişdi. Olqa Romanovanın dediyinə görə, müharibəyə göndərilən məhbusların siyahılarını mühafizəçilər məhbuslardan xəbərsiz özləri tərtib etmişdilər və bunun “Vaqner” PMC-lə heç bir əlaqəsi olmamışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə