Finlər rusiyalı tələbə və iş adamları üçün ölkəyə girişi sərtləşdirir

Finlər rusiyalı tələbə və iş adamları üçün ölkəyə girişi sərtləşdirir

Finlandiya hökuməti iyulun 10-dan başlayaraq rusiyalı tələbə, iş adamları və mülk sahibləri üçün giriş qaydalarını sərtləşdirəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamaya görə, Finlandiya Rusiya Federasiyası vətəndaşlarının ölkəyə girişinə məhdudiyyətlər qoymağa davam edəcək. Xüsusilə Finlandiyadakı iş adamları, mülk sahibləri və tələbələr üçün məhdudiyyətlər sərtləşdiriləcək.

Qeyd olunur ki, yalnız işgüzar məqsədlərlə Finlandiyaya səyahət edən vətəndaşların bu ölkə ərazisinə daxil olmasına icazə veriləcək. Yəni Finlandiyadan başqa ölkələrə tranzit qadağan ediləcək.

Yeri gəlmişkən, bundan sonra Finlandiyaya gələn şəxsin səfər etmək üçün əsaslı səbəbi də olmalıdır. Əmlak sahiblərinə şəxsən iştirak etmək üçün bir səbəb də lazımdır. Bundan başqa, Finlandiyaya girişə yalnız universitetlərdə və ya mübadilə əsasında təhsil alan tələbələrə icazə veriləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə