Moskvanın Ostankinski Rayon Məhkəməsi yerli sakin Yuri Koxovetsə qarşı Rusiya ordusuna aid “qondarma saxtakarlıqlarla bağlı” cinayət işinə baxmağa başlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, iş Koxovetsin “Azadlıq” radiosunun küçə sorğularından birində iştirakından sonra açılıb.
İttihamın mətninə əsasən, müttəhim “xüsusi hərbi əməliyyata mənfi münasibət bildirir” və Rusiya ordusunun hərəkətlərini cinayət kimi səciyyələndirir.
İttiham tərəfinin fikrincə, Koxovets “Rusiya Federasiyası Silahlı Qüvvələrinin istifadəsi ilə bağlı qəsdən yalan məlumat yayıb”.
Qeyd edək ki, Yuri Koxovets 2022-ci ilin yayında küçə sorğusu zamanı “Azadlıq” radiosunun suallarına cavab verməyə razılaşıb.
Belə ki, elə ayaqüstü müsahibə zamanı Koxovets Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı fikirlərini bildirib.
Yəni “başından böyük şeylər barədə döşəyib”. Məsələn, rusların Ukrayna şəhərlərindəki “ticarət mərkəzlərini bombaladığını, Buçada mülki əhalini qanına qəltan elədiklərini åçıb ağardıb”.
Təbii ki, belə olmaz. Özü də Rus səlahiyyətlilərinin Rusiya ordusunun humanizmi barədə danışdıqları bir məqamda...
Koxovets isə hər şeyi açıb ağartmaqla Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkovun dediklərini təkzib etmiş olub.
Bu isə Rusiyada qadağandır.
Yeri gəlmişkən, Rusiyada Kiyev yaxınlığındakı Buça şəhərinin Rusiya tərəfindən işğalı zamanı dinc əhalinin qətlə yetirilməsi barədə danıçanlara qarşı onlarla cinayət və yüzlərlə inzibati iş başlanıb.
Müttəhimlərin çoxu isə uzun müddətə azadlıqdan məhrum ediliblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB