Ukrayna prezidenti Vladimir Zelenski nəhayət ki, müharibədə qalib gəlməyəcəyini anlayıb və Qərb tərəfdaşlarına tələblər irəli sürməyə başlayıb. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko xarici və Belarus KİV nümayəndələri ilə görüşündə bildirib.
"Zelenski nəhayət ki, bu müharibədə qalib gəlməyəcəyini və bu əks-hücumun minlərlə insanın ölümündən başqa onun üçün heç bir nəticə verməyəcəyini başa düşüb. Ona görə də tədricən Qərbə pul və yeni silahlar kimi tələblər qoymağa başlayıb", -Lukaşenko deyib.
Lukaşenko qeyd edib ki, hətta xüsusi hərbi əməliyyat başlamazdan əvvəl Zelenski Qərb liderləri ilə silah və maliyyə yardımı müqabilində “son ukraynalıya qədər vuruşmağa” razılaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB