Zelenski NATO-nun Ukrayna münaqişəsində birbaşa iştirakını dəstəkləyir
Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın NATO üzvlüyünə qəbul edilməsində və blokun birbaşa münaqişəyə cəlb olunmasında israr edəcək. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko xarici və Belarus KİV nümayəndələri ilə görüşündə bildirib.
Lukaşenko deyib: “Zelenski Ukraynanın NATO-ya qəbul edilməsində israr edəcək ki, NATO daha sonra Rusiyaya qarşı müharibəyə qoşulsun”.
Lukaşenkonun sözlərinə görə, Zelenski nəhayət ki, müharibədə qalib gəlməyəcəyini anlayıb və ona görə də tədricən ölkəsini müharibəyə sövq edənlərə qarşı tələblər irəli sürməyə başlayıb. Belarus lideri qeyd edib ki, Zelenskinin tələbləri hər şeydən əvvəl pul və yeni silahlarla bağlı olacaq.
“İyulun 11-nə (NATO-nun Vilnüs sammitinin başlama tarixi) NATO ölkələrinin Kiyevə dəstəyini nümayiş etdirəcək bir şeylə çıxış edəcəyi gözlənilir”, - o deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB