Hərbi birləşmənin Belarusun ərazisində yerləşdirilməsinə qərar veriləcəyi təqdirdə, Belarus Vaqner Şəxsi Hərbi Şirkəti (PMC) ilə müqavilə imzalaya bilər. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
Xarici və yerli KİV nümayəndələri ilə görüşdə Belarus lideri deyib: “Əgər “Vaqner PMC” şirkəti burada yerləşəcəksə, deməli, onlar bizim maraqlarımızı qorumalıdırlar. Ən əsası odur ki, onlarla hələ müqavilə imzalamamışıq”.
"”Vaqner PMC” burada yerləşdirilmək barədə qərar qəbul etdikdə onların müqaviləsi, hüquqi öhdəlikləri olacaq və hər şey sənədləşdiriləcək" - deyə, Lukaşenko bildirib.
Müəllif: Aysel Naibli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB