Vaqnerin rəhbəri Priqojin Rusiyadadır - Lukaşenko

Vaqnerin rəhbəri Priqojin Rusiyadadır - Lukaşenko

Ötən ay Rusiyada qısa müddətli silahlı üsyana rəhbərlik edən “Vaqner” muzdlu qruplaşmasının rəhbəri Yevgeni Priqojin Rusiyadadır. SİA BBC-yə istinadən xəbər verir ki, bu barədə Belarusun uzun müddətdir lideri olan Aleksandr Lukaşenko məlumat yayıb.

Priqojin Rusiyanın cənubunda iğtişaşlar zamanı göründüyündən bəri onun harada olduğu sirr olaraq qalırdı. Qiyamın dayandırılması ilə bağlı razılaşmaya əsasən, Priqojinə qarşı ittihamlar götürülüb və onun Belarusa köçməsinə icazə verilməli idi. Lukaşenko isə üsyanı dayandırmaq üçün sövdələşməyə kömək edib. Bir həftə əvvəl Lukaşenko Prigojinin Belarusa gəldiyini deyib. Priqojinin təyyarədə olub-olmadığı məlum olmasa da, onun şəxsi təyyarəsi iyunun 27-də Minskə uçarkən izlənilib. Lakin cümə axşamı Lukaşenko jurnalistlərə Priqojinin Belaruz ərazisində yox Sankt-Peterburqda olduğunu deyib.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə