Rusiya pasportları bu ilin yayın sonuna qədər Dnepr çayının sol sahilində yaşayan Xerson vilayətində yaşayan bütün insanlara veriləcək. SİA xəbər verir ki, bu barədə Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Vladimir Saldo TASS-a bildirib.
O deyir: "Bu proses çox intensiv gedir. Bütün mexanizmlər rəvan işləyir. Sol sahildə yaşayan və pasport yaşına çatmış bütün insanlar bu yayın sonuna qədər Rusiya pasportlarını alacaqlar".
Vladimir Saldo daha əvvəl bildirib ki, regionda yaşayan 200 min nəfərdən 120 mindən çoxuna artıq Rusiya pasportu verilib.
Müəllif: Aysel Naibli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB