“ABŞ və onun vassalları Ukraynaya silah göndərməyi dayandırsalar, xüsusi hərbi əməliyyat bir neçə günə başa çatar". SİA TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev TASS-ın sualını cavablandırarkən deyib.
"NATO-da ilk növbədə ABŞ və onun vassalları Ukraynaya silah və sursat göndərilməsini dayandırsalar, xüsusi hərbi əməliyyat bir neçə aya başa çatacaq. Əgər onlar silahlarının göndərilməsini indi dayandırsalar, xüsusi əməliyyat bir neçə günə başa çatar" - deyə, Medvedev bildirib.
“Əslində istənilən müharibə, hətta dünya müharibəsi belə çox qısa zamanda dayana bilər: Ya sülh müqaviləsi imzalamaqla, ya da ABŞ-ın 1945-ci ildə Yaponiya şəhərlərində istifadə etdiyi üsulla - Xirosima və Naqasakidəki kimi nüvə silahları istifadə edilərsə. ABŞ həqiqətən də o vaxt 300 minə yaxın mülki vətəndaşın həyatı bahasına müharibəyə son qoydu”.
Medvedev vurğulayıb ki, Rusiya ordusu hər bir ordu kimi müəyyən problemlər yaşasa da müasir və qəhrəmandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB