Yuxuları qaçırdacaq istilər gəlir

Yuxuları qaçırdacaq istilər gəlir

Türkiyə qlobal istiləşmənin təsiri ilə isti havaların təsiri altına düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, iyulun 4-də qlobal orta temperatur 17,18 dərəcə təşkil edib. Dünyanın tədricən istiləşməsinin əsas səbəbinin kömür, neft və təbii qaz olduğunu ifadə edən Boğaziçi Universiteti İqlim Siyasəti Araşdırma Mərkəzinin direktoru prof. dr. Levent Kurnaz bu il üçün temperatur xəbərdarlığı edib: “Bu il böyük ehtimalla Türkiyədə ən yüksək temperatur rekordunu qıracağıq. İndiyə qədər 49,1 dərəcə gördük, bu il isə fikrimcə 50 dərəcədən yuxarını çox asanlıqla görəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə