Ağ Evdə tapılan kokainlə bağlı araşdırmalara başlanıb

Ağ Evdə tapılan kokainlə bağlı araşdırmalara başlanıb

Kokaininin hansı şəraitdə Ağ Evə “ayaq açdığı” ABŞ-ın yüksək elitasında müzakirə mövzusuna şevrilməkdədir.

Bu arada SİA-nın əldə etdiyi məlumata görə, Arkanzasdan olan respublikaçı senator Tom Kotton ABŞ Məxfi Xidmətinin rəhbəri Kimberli Çitlidən Ağ Evdə kokainin qərb qanadında, hansı şəraitdə tapıldığını ictimaiyyətə açıqlamağı xahiş edib.

Kotton vurğulayıb ki, departament hələlik maddənin məhz qərb qanadında tapıldığını dəqiqləşdirməyib. Ona görə də, “...mən sizi bu məlumatı təcili açıqlamağa çağırıram, çünki amerikalılar həssas məlumatların mübadiləsinin aparıldığı yerdə narkotiklərin tapılıb-tapılmadığını bilməyə layiqdirlər".

Siyasətçi həmçinin Məxfi Xidmətin rəhbərini iyulun 14-dək bu insidentlə bağlı sualların siyahısına cavab verməyə çağırıb. Xüsusilə, o, Ağ Evə giriş vəsiqəsinin sahiblərindən hansının ən az təhlükəsizlik yoxlamasına məruz qaldığını bildirməyi tələb edib.

Qeyd edək ki, bundan əvvəl “CBS News”, Ağ Evdəki kokainin Oval Ofisin yaxınlığındakı anbar otağından tapıldığını xəbər vermişdi.

...Bir daha xatırladaq ki, “The Guardian”ın da yazdığı kimi, Ağ Evin kitabxanasından kokain tapılıb.

Məxfi Xidmətin sözçüsü Entoni Quqlielmi bildirib ki, artıq maddənin binaya daxil olmasının “səbəb və vasitələri” ilə bağlı araşdırma aparılır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə