...İraqda “Kətaib Hizbullah” terror qruplaşması rus-israilli alim Yelizaveta Tsurkovanı girov saxlayır. Xatırladaq ki, Tsurkova mart ayından itkin düşüb. Çərşənbə günü İsrailin baş nazirinin ofisi onun sağ olduğunu və İsrail diplomatik xidmətlərinin onun azad edilməsi üçün əlindən gələni etdiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Yelizaveta Tsurkovanın iki vətəndaşlığı var - İsrail və Rusiya. İsrail mətbuatının yazdığına görə, o, Prinston Universitetində yazdığı dissertasiya üçün araşdırma aparmaq üçün İraqa gəlib. İsrail vətəndaşlarının İraqa daxil olmasına icazə verilmədiyi üçün Tsurkova Rusiya pasportundan istifadə edib.
“The Jerusalem Post” yazır ki, Tsurkova uzun illərdir Suriyadakı silahlı münaqişə ilə bağlı araşdırma aparır. Bir müddət İsraildə Fələstin əhalisinin hüquqlarını müdafiə edən solçu “Gişa” qeyri-hökumət təşkilatına rəhbərlik edib.
Qeyd edək ki, “Kataib Hizbullah” Yaxın Şərqin bir çox ölkəsində fəaliyyət göstərən və ABŞ, Böyük Britaniya, Almaniya, Hollandiya, Kanada, İsrail, Avstraliya və Misirdə terrorçu elan edilmiş Hizbullah şiə hərəkatının İraq qanadıdır.
Yeri gəlmişkən, Rusiya Xarici İşlər Nazirliyi Tsurkova ilə bağlı vəziyyətlə bağlı hələ ki, açıqlama verməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB