Ağ Evdən kokain tapıldığını deyirlər

Ağ Evdən kokain tapıldığını deyirlər

Bu arada Ağ Evin kitabxanasında ağ toz halında maddə tapılıb və analizlər nəticəsində onun kokain olduğu məlum olub.

Maraqlıdır ki, indi ABŞ Məxfi Xidməti onun binaya necə girdiyini araşdırır. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Guardian” yazır

Qeyd edilir ki, bu kəşf, Təhlükəli Materiallar Qrupunun yanğınsöndürəninin bu barədə danışması zamanı ortaya çıxıb. Və bundan sonra gücləndirilmiş həyəcan siqnalı elan edilib, işçilər müvəqqəti olaraq malikanədən təxliyə edilib.

Məxfi Xidmətin nümayəndəsi Entoni Quqlielmi, artıq maddənin Ağ Evə daxil olmasının “səbəb və vasitələri” ilə bağlı araşdırma aparılır.

Deyilənlərə görə, araşdırmalar aparılarkən ABŞ prezidenti Cozef Bayden Ağ Evdə yox, Kemp Deviddə olub.

Belə ki, prezident və xanımı Cil Bayden Ağ evə çərşənbə axşamı, iyulun 4-ü səhər qayıdıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə