Rus ordusunu gözdən salmağa çalışan əlil Astanada “ələ keçirildi”

Rus ordusunu gözdən salmağa çalışan əlil Astanada “ələ keçirildi”

Rusiyanın Tula şəhərindən olan fəal Andrey Pavlov Qazaxıstan paytaxtında həbs edilib. Qeyd edilir ki, Rusiyada o, rus ordusunu gözdən salmaqla bağlı cinayət maddəsi ilə axtarışa verilib.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Qazaxıstanda ruslara dəstək layihəsi olan “Geri dönüş nöqtəsi” yazır.

Verilən məlumatlarda Astana Polis İdarəsinin məlumatı şərh etmədiyi deyilir. Hüquq müdafiəçilərinin sözlərinə görə, Pavlov ilkin olaraq üç sutkalıq həbs edilib, ona Qazaxıstan İnsan Hüquqları Bürosu kömək edir.

Bildirilir ki, təcridxanada Pavlov siyasi sığınacaq üçün ərizə yazıb. İctimai fəalın Qazaxıstana 2022-ci ilin dekabrında gəldiyi deyilir.

Xatırladaq ki, Pavlov ikinci qrup əlildir.

Müstəntiqlərin məlumatına görə, rusiyalı fəal “VKontakte” sosial şəbəkəsində Ukraynadakı müharibəni tənqid edən 7 məqalı yerləşdirib. Məhz buna görə də o nəzarətə götürülüb və sonradan onun mənzilində axtarış aparılıb. Dekabrda isə o, məhkəməyə verilib və 2023-cü ilin martında Pavlov qiyabi həbs edilərək federal axtarışa verilib.

Yeri gəlmişkən, Ukraynanın genişmiqyaslı işğalından sonra Rusiya hakimiyyəti müharibə əleyhinə çıxış və bəyanatlara görə təqiblərə başlayıb.

Rusiyanın “OVD-İnfo” insan haqları layihəsinin hesablamalarına görə, bu günə qədər azı 620 nəfərə qarşı müharibə əleyhinə mövqeyə görə cinayət işi açılıb, onlardan 178-i Rusiya ordusuna qarşı saxtakarlıq maddəsi ilə, 94-ü isə ordunu gözdən salınma maddəsi ilə ittiham olunur.

...Və bu gün Ukraynadakı müharibə ilə bağlı Rusiya Müdafiə Nazirliyinin versiyası ilə üst-üstə düşməyən xəbərləri saxta hesab edirlir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə