İndi ruslar heç kimə, nə Putinə, nə də Priqojinə inanmırlar

İndi ruslar heç kimə, nə Putinə, nə də Priqojinə inanmırlar

...Budur, “Vaqner” PMC Moskvaya yaxınlaşır. Priqojini gülərüzlə qarşılayan rostovlular xoşbəxt bir təbəssümlə muzdlularla şəkil çəkdirirlər.

Həmin vaxt Putin, yəqin ki, baş verənləri dostu Kovalçukun yaxtasından izləməkdədir.

Elə Şoyqu ilə Konaşenkov da nəsə demək üçün ictimaiyyət qarşısına çıxmadılar.

“Vəziyyətin həll olunmayacağını” o dəqiqə anlayan Lukaşenko isə, guya bütün günü Priqojini Moskvaya basqın etməkdən çəkindirməyə çalışır.

Axşam vaqneritlər Moskva istiqamətində 780 kilometr məsafəni demək olar ki, maneəsiz keçərək, hərbçiləri yerləşdirirlər.

Maraqlıdır ki, Priqojin daha sonra “qan tökmək istəmədiyini” söyləyəcək, baxmayaraq ki, bundan əvvəl muzdlular artıq azı 13 rus hərbçisini öldürüblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ruslar 24 iyun 2023-cü ili məhz belə xatırlayırlar.

Qeyd edək ki, “Vaqner” muzdlularının yürüşünün başa çatmasından 10 gün keçib, lakin Priqojin və onun dəstəsinin taleyi əsasən qaranlıq olaraq qalır.

Onu da qeyd edək ki, “Vaqner”in Moskvaya qarşı kampaniyasının aralıq nəticələri, Yevgeni Priqojin və “Vaqner” PMC-nin Rusiya, Belarusiya və Afrikadakı mümkün gələcəyi haqqında yazan “Azadlıq Radiosu”nun gəldiyi qənaət bütün bu baş verənlərlə bağlı yerli rusların hələ də heç kimə, nə Putinə, nə də Priqojinə inanmamalarıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə