Türkiyədə Qurban bayramında səyahət edənlərin sayı...

Bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu məlumat verərək bildirib...
Türkiyədə Qurban bayramında səyahət edənlərin sayı...

Türkiyədə Qurban bayramı günlərində quru, hava və dəmir yolu ilə 35 milyondan çox insan səyahət edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu məlumat verərək bildirib: “Qurban bayramını əhatə edən 9 günlük tətil dövründə səyahət edənlərin təxminən 7,9 milyonu hava nəqliyyatından istifadə edib. Türkiyə daxilində hava limanlarında eyni tarixlərdə 54 min 124 təyyarə və 7 milyon 882 min sərnişinin uçuşu reallaşdırılıb.

Bayram günlərində sərnişin biletlərinə baha qiymətlər tətbiq edən şirkətlərə 3 milyon 182 min 8 lirə inzibati cərimə kəsilib”.

Bütün xəbərlər Facebook səhifəmizdə