Deyirsiniz, Medvedev bunu deməyə “utanır”?

“Qərb Kiyevə silah tədarükünü dayandırarsa, xüsusi hərbi əməliyyat bir neçə gündən sonra sona çatacaq”
Deyirsiniz, Medvedev bunu deməyə “utanır”?

...Qərb Ukraynaya silah tədarükünü dayandırarsa, Rusiyanın xüsusi hərbi əməliyyatı bir neçə gün ərzində başa çatacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev bəyan edib.

Maraqlıdır ki, Medvedev burada nədənsə, “xüsusi hərbi əməliyyatın bir neçə gün ərzində məhz “bizim qələbəmizlə” deməyə ya “utanır”(?), ya da...

Dmitri Medvedev hesab edir ki, ABŞ və onun vassalları rəsmi Kiyevi silah və məhvetmə vasitələri ilə təmin etməsəydilər, Rusiyanın Ukrayna ərazisindəki hərbi müdafiəsi bir neçə ay ərzində başa çata bilərdi.

Üstəlik, Rusiyanın eks-prezidenti əmindir ki, Ukrayna ordusuna NATO silahlarının bugünkü tədarükünün dayandırılması halında, Rusiya ilə Ukrayna arasında münaqişə bir neçə günə bitəcək.

Maraqlıdır ki, Medvedev müharibəni dayandırmaq üçün hələ də variantlar olduğunu bildirib.

...Onlar ya sülh müqaviləsinin imzalanmasından, ya da amerikalıların 1945-ci ildə Yaponiyanın iki şəhərinə atom bombası atmaqla hərbi kampaniyanı bitirmək üçün istifadə etdikləri nüvə silahının istifadəsindən ibarətdir.

Xatırladaq ki, daha əvvəl Dmitri Medvedev, qlobal münaqişənin inkişafı üçün mümkün və kifayət qədər ehtimal olunan ssenarilərdən birinin məhz nüvə apokalipsisi ola biləcəyinin xəbərdarlığını etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə