...Minsk vilayət məhkəməsi keçmiş bankir və Belarus prezidentliyinə keçmiş namizəd Viktor Babarikonun oğlu Eduardı 8 il müddətinə azadlıqdan məhrum edib.
SİA-nın əldə etdiyi məlumata görə, o, vergidən yayınmaqda təqsirli bilinib. Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbuslar siyahısına salınan Eduard, cinayət yolu ilə əldə etdiyi gəlirləri satmaqda, kütləvi iğtişaşlar təşkil etməkdə və sosial nifaq salmaqda təqsirli bilinib.
İttihama görə, Eduard Babariko müxalifətçi bloger Sergey Tixanovskiyə iğtişaşların təşkilində və düşmənçiliyin qızışdırılmasında kömək edib. Yəni bu iğtişaşların təşkilində, bizlərdə deyildiyi kimi, əsas “fitilqoyan”lardan biri olub.
Qeyd edək ki, hökmdən əvvəl Viktor Barikonun oğlu üç ildən çox nəzarət altında olub. Məhkəmə prosesi bu il mayın 22-də başlayıb. İyunun 28-də prokuror onun 10 il cəzaçəkmə müəssisəsində çəkilməsi istəyib.
Xatırladaq ki, Viktor Babarikonun özü 2021-ci ilin iyulunda 14 il müddətinə azadlıqdan məhrum edilib. Yeri gəlmişkən, hakimiyyət onun oğlunun məhkəməsində şahid qismində iştirak edə biləcəyi barədə məlumat yaymışdı.
Lakin bu hələ ki, baş verməyib.
Maraqlıdır ki, bu baş verməməni ictimaiyyət ata Babarikonun səhhətindəki problemlərlə əlaqələndirib.
Biar daha xatırladaq ki, “Belqazprombank”ın keçmiş rəhbəri Viktor Babariko o vaxt, yəni 2020-ci ildə keçirilən prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirmişdi. Onu da qeyd edək ki, həmən ərəfədə o, rekord sayda seçici imzatoplamışdı.
Lakin sən saydığını say, gör,.. hər halda bizlik deyil.
...2020-ci ilin iyununda ata Viktorla, oğul Eduard həbs olundular və Mərkəzi Seçki Komissiyası atanı namizəd kimi qeydə almaqdan imtina etdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB