"Pəncə-Kilid" əməliyyatı bölgəsində 2 terrorçu zərərsizləşdirilib

"Pəncə-Kilid" əməliyyatı bölgəsində 2 terrorçu zərərsizləşdirilib

İraqın şimalında davam edən "Pəncə-Kilid" əməliyyatı bölgəsində terror təşkilatı PKK üzvü 2 terrorçu Türkiye Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib, terror təşkilatı PKK-ya aid çoxlu sayda silah-sursat ələ keçirilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada “İraqın şimalında uğurla davam edən “Pəncə-Kilid” əməliyyatı ilə terrorçuların yuvalarını darmadağın edən qəhrəman Türkiye Silahlı Qüvvələrimiz 2 PKK terrorçusunu zərərsizləşdirib” deyilib.

Açıqlamada bölgədə aparılan axtarış fəaliyyəti zamanı terror təşkilatı PKK-ya aid çoxlu sayda silah-sursatın da ələ keçirildiyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə