Rusiya XİN: “…Bütün bunlara görə saziş davam etməyəcək"

Rusiya Xarici İşlər Nazirliyi Türkiyə, Ukrayna, Rusiya və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında 22 iyul 2022-ci ildə İstanbulda imzalanan taxıl daşınması müqaviləsi ilə bağlı yazılı açıqlama verib
Rusiya XİN: “…Bütün bunlara görə saziş davam etməyəcək"

Rusiya iyulun 17-də müddəti bitəcək Qara dəniz taxıl dəhlizi sazişinin davam etdirilməsi üçün heç bir səbəb olmadığını bildirib.

Rusiya Xarici İşlər Nazirliyi Türkiyə, Ukrayna, Rusiya və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında 22 iyul 2022-ci ildə İstanbulda imzalanan taxıl daşınması müqaviləsi ilə bağlı yazılı açıqlama verib: “Sözügedən razılaşma iyulun 17-də bitəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu çərçivədə Rusiya, Türkiyə və Ukraynanın icazəsi olmadan uzadılması mümkün olmayan razılaşma ilə bağlı Qərb ölkələri, Ukrayna və BMT tərəfindən təbliğat aparılır.

Ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası ölkələrinə kömək məqsədi daşıyan saziş Ukrayna taxılının yaxşı qidalanan ölkələrə kommersiya ixracına çevrildi. 2022-ci il avqustun 1-dən Odessa, Çernomorsk və Yujnı limanlarından ixrac edilən 32,6 milyon ton taxılın böyük hissəsi, 26,2 milyon tonu, yəni 81 faizi yüksək və orta gəlirli ölkələrə göndərildi. Efiopiya, Yəmən, Əfqanıstan, Sudan və Somali kimi yoxsul ölkələr hasil edilən taxılın yalnız 862 min 86 tonunu, yəni 2,6 faizini ala bildi.

Saziş iki hissədən ibarətdir. Rusiya ərzaq və gübrə daşınması ilə bağlı hissədə vəziyyət pisləşməyə davam edir. Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiya ərzaq məhsullarının ixracına mane olur.

2022-ci ilin sentyabrından ehtiyacı olan ölkələrə verilməsi planlaşdırılan 262 min ton Rusiya gübrəsindən yalnız iki partiya göndərilib. Gübrənin 20 min tonu Malavi, 34 min tonu isə Keniyaya gedib. BMT bu mövzuda səssiz qalmağa davam edir. Qərbdə idə Rusiyaya qarşı sanksiyalarda hətta qida və gübrə məsələsində belə yumşaldılması mümkün olmur. Bütün bunlara görə iyulun 17-də başa çatacaq sazişin davam etdirilməsinə səbəb yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə