Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirləri NATO sammiti ərəfəsində Brüsseldə görüşəcəklər. SİA xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Elina Valtonen məlumat verib. Bildirilir ki, iyulun 11-12-də Vilnüsdə NATO-nun sammiti keçiriləcək.
"NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Türkiyə, İsveç, Finlandiya xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək toplantısında iştirak edəcəyəm. Türkiyənin xarici işlər naziri cənab Hakan Fidanla çox gözəl söhbətimiz baş tutdu. Buna görə ona təşəkkür edirəm",- Valtonen deyib. Nazir bu görüşün üçtərəfli memorandum çərçivəsində keçirilib-keçirilməyəcəyini dəqiqləşdirməyib.
Xatırladaq ki, 2022-ci ilin iyununda Madriddə imzalanmış üçtərəfli memorandumda Türkiyə, Finlandiya və İsveç Memorandumun icrasına nəzarət etmək və ümumi təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək üçün Daimi Birgə Mexanizm yaratmaq barədə razılığa gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB