Rusiyada ümumi insan itkisinin sayı 232 minə çatıb

Rusiyada ümumi insan itkisinin sayı 232 minə çatıb

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 670 hərbçisini itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 231 700 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 3 tank, 9 zirehli döyüş maşını, 36 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə