Fransada saxlanılan etirazçıların sayı 3 mini keçib

Fransada saxlanılan etirazçıların sayı 3 mini keçib

Fransada altı gündür davam edən etirazlarda saxlanılan şəxslərin sayı açıqlanıb. SİA xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, polis 1124-ü azyaşlı olmaqla 3625 etirazçını saxlayıb.

Bu günə kimi 380 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, lakin bu, yekun rəqəm deyil.

Qeyd edək ki, Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə