Moldova Prezidenti Gürcüstan hökumətinə çağırış etdi

Moldova Prezidenti Gürcüstan hökumətinə çağırış etdi

Moldova Prezidenti Maya Sandu Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin səhəti ilə bağlı narahatlığını bildirib. SİA xəbər verir ki, o bu barədə tviter hesabında yazıb.

Maya Sandu Gürcüstan hökumətini Saakaşvilinin təcili olaraq xaricdə tibbi müalicəyə çıxışını təmin etməyə çağırıb.

Xatırladaq ki, Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin açılmasına baxmayaraq, 2021-ci ilin payızında gizli şəkildə vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib. O, həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyasına başlayıb. Daha sonra eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib və o həbsxanadan klinikaya köçürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə